YENI İLİ QEYD EDƏK ya ETMƏYƏK?

YENI İLİ QEYD EDƏK ya ETMƏYƏK?
Yeni miladi il qapımızı döyür. İllərin qovşağında həmişə meydana çıxan bəzi problemlərlə bir daha qarşılaşırıq. Miladi yeni ilin ərəfəsində iqtisadi, sosial, siyasi sahələrdəki problemlərlə yanaşı, dini sahədə də aktual olan bir problem yenə gündəmdədir: Yeni miladi ilin gəlişini müsəlmanlar qeyd etməlidirlər ya yox? İslamda yeni il bayramını qeyd etməyə icazə verilir ya verilmir?

Əvvəla, belə bir tendensiyanı nəzərdən qaçırmamağı tövsiyə edirik. Yeni ilin gəlişini «atəşə tutan» əsas qüvvələrin mənsubiyyəti demək olar ki, ildən-ilə dəyişmir. Hər il yeni il bayramını «bidət», «küfr», «şirk» adlandıran, İslam düşmənlərinin ənənəsi kimi təqdim edən, sırf xristian bayramı sayan qüvvələr elə eyni canfəşanlıqla Novruz bayramına qarşı əks-kampaniya aparan qüvvələrdir. Həzrət İsa Peyğəmbərin (ə) doğum gününü qeyd etməyə qarşı çıxan bu qüvvələr eyni çalışqanlıqla Həzrət Mühəmməd Peyğəmbərin (s) də mövlud bayramını keçirməyin əleyhinə təbliğat aparırlar. Yeni ilə qarşı barışmaz mesajlarla çıxış edən şəxslərin böyük əksəriyyətinin üzündəki maskanın arxasında məhz yuxarıda işarə etdiyimiz cəbhənin mənsublarının simasını görürük.

İkincisi, bunu vurğulamağı özümüzə borc bilirik ki, heç kim yeni il bayramı keçirmək ənənəsinin Islamda təkidlə tövsiyə edildiyini iddia etmir. Bəli, məlumdur ki, İslamda iki böyük bayram var: Qurban bayramı və Fitr bayramı. Quranda bunlar barədə danışılır, Peyğəmbər sünnəsində bu bayramların fəziləti göstərilir. Buna heç kəsin şübhəsi olmasın. Amma zənnimizcə bu, heç kəsə əsas vermir ki, yeni il bayramını qeyd etməyi bidət, küfr və ya şirk saysın. Doğrudur, yeni il bayramının keçirilmə ənənəsinin tarixi Həzrət İsanın (ə) miladından üç əsr sonradan – 336-cı ildən başlayır. Doğrudur, Həzrət İsanın (ə) nəinki doğum günü, hətta doğum ili belə, dəqiq şəkildə məlum deyil. Üstəlik, islami mənbələrdə bu barədə hər hansı doğru-düzgün məlumat yox dərəcəsindədir. Amma əgər miladi təqvimdən istifadə günümüzün reallığıdırsa, biz və bizim kimi onlarla müsəlman milləti miladi təqvim əsasında yaşayırsa (və ya yaşamağa məcburdursa), bütün ictimai, iqtisadi, elmi və mədəni fəaliyyətimiz (dini ayinlərimizin icrasını çıxmaq şərti ilə) miladi təqvim üzərində qurulmuşsa, onda bu təqvim üzrə yeni ilin gəlişini qeyd etməyin nə günahı ola bilər ki? İnsan bir ili yola salıb o birini qarşılayır, illərin qovşağında arzu-istəklərini, dualarını dilə gətirir, növbəti ildə özünə və əzizlərinə xeyir-bərəkət, xoşbəxtlik arzulayır. Bu günahdırmı? Üstəlik, əgər yeni il bayramı xristianlar tərəfindən Həzrət İsa Məsihin (ə) doğum günü kimi qeyd edilirsə, bir müsəlman da bunu Məryəm oğlu İsanın (ə) dünyaya gəliş bayramı kimi qəbul edirsə, buna nə pis ad verə bilərik? Doğrudur, Həzrət İsanın (ə) doğum gününü qeyd etməyin vacibliyi barədə İslamda hər hansı göstəriş yoxdur. Amma məgər bunun haramlığı barədə hər hansı qadağan varmı?

Burada bir haşiyə çıxaq: Hər bir əməldə olduğu kimi, yeni ili qeyd edərkən də bəzi hallara yol versək, harama düşmüş olarıq. Məsələn, saysız-hesabsız çeşiddə diqqətimizə və pul kisəmizə təqdim edilən fişəngləri topa-topa alıb bir an içərisində havaya püskürtmək, özü də bu zaman dəhşətli partlayış sədası ilə bayram əhval-ruhiyyəsini pozmaq, ətrafdakıların rahatlığına mane olmaq, əsəbləri qıcıqlandırmaq, israf həddinə çatacaq səviyyədə rəngarəng bayram süfrəsi açmaq və bu zaman qonşumuzun ac yatdığının fərqinə varmamaq, yeni ilin gəlişini şampan şərabı süzülmüş qədəhlə qarşılamaq və Allahın haram buyurduğu bir içkini içərək həyasızlıqla «yeni ilimiz mübarək olsun» söyləmək... Haram olan bax bunlardır!

Nəhayət, üçüncüsü, bəlkə yeni ili keçirənləri müşrik, kafir, xristianlara satılmış adlandırmaqdansa, bunun günahını özümüzdə axtaraq? Məgər İslamda təkid edilən Qurban və Fitr bayramlarını lazımi təntənə ilə qeyd edirikmi? Özümüzə sual verək: bu bayramların geniş miqyasda keçirilməsi, ən azından, özümüzün, ailə üzvlərimizin ürəkdən sevinməsi, bayram əhval-ruhiyyəsində olması üçün nə edirik? Yeni il bayramı bir çoxlarının haqlı olaraq düşündüyü kimi, hər şeydən öncə, uşaqların bayramdır. Şaxta baba, Qar qız, al-əlvan bəzənmiş şam ağacı, Şaxta babanın hədiyyələrlə dolu torbası… Bütün bunların böyük adam üçün nə əhəmiyyəti var? Əgər uşaqlarımız onsuz da bağlaya bilmədiyimiz kanallar vasitəsilə yeni il bayramında Şaxta babanın gələcəyi və onlara hədiyyə gətirəcəyi barədə əfsanəni eşidib inanırlarsa, evimizdə qurmasaq belə, küçədə ya qonşuda bəzənmiş şam ağacını görəndə sevinirlərsə, bu sevinci və bu uşaq fantaziyasını onlardan almağa haqqımız varmı? Uşağı bütün bu sevinclərdən məhrum etməyə ixtiyarımız çatırmı? Buna o zaman ixtiyarımız çatar ki, keçirilməsi dində vacib olan bayramlarda Şaxta baba, Qar qız, şam ağacı kimi elementləri əvəz edən və onlar qədər rəngarəng, yaddaqalan, xoşagələn (uşaqlar üçün) başqa elementlər yaradaq. Uşaqların əlindən yeni il bayramını almazdan əvvəl onlara bunun qədər sevilməyə layiq olan başqa bir bayram modeli təqdim edək. O halda yəqin ki, körpələr özləri könüllü surətdə yeni ili gözləməkdən imtina edəcək, evdə şam ağacı qurmağı bizdən israrla tələb etməyəcək, Şaxta babanı görmək həvəsi ilə alışıb-yanmayacaqlar. Ramazan, Fitr, Novruz kimi əzəmətli və halal bayramlarda özümüzü də, ailə üzvlərimizi də elə sevindirməliyik ki, bu sevinc yeni il sevincini hamımıza unutdursun. Əgər məişətimizdən və ən əsası, uşaqlarımızın zehnindən yeni il bayramını silib əvəzində onlara başqa bir variant təqdim etməsək, bu addımın uğurlu olacağını gözləməyimiz yersiz olar.


Natiq Rəhimov


Yerləşdirilib:30 Dekabr, 2011, Baxılıb:16797, Çap
 

Son şərhlər : 9
Müəllif: Nazim | 22 Sentyabr, 2012  21:42
# Ответить
+2


]]>]]>

Biz muselmanlar ucun bu lazimsiz bir qeyddir.Artiq ve ziyanli bir ishdir.Islamda o qeder qeyd etmeli gunler varki,bu gunleri mutleq qeyd etmek lazimdir.Teshekkur.
Müəllif: Salam | 9 Oktyabr, 2014  16:11
# Ответить
0


]]>]]>

Meqaleye göre muellife tewekkur edirem,yeni ili qeyd etmek artiq ve lazimsiz bir iw ola biler,amma bunu haram adlandirmaq,qeyd edenleri"Kufr"de gunahlandirmaq savadsiz adamlarin iwidir.
Yeni ili halal qaydalarla qeyd etmek Gunah deyil,bir wertle ki,bu bayram Meherrem,Ezadarliq vaxtlarina tesaduf etmesin.
Müəllif: raim | 4 Dekabr, 2015  21:57
# Ответить
+6


]]>]]>

Görəsən Peygəmbərimiz, Həzrəti Əli və Əhli Beyt bu bayramı keçirib öz övladlarınada bunu keçirməyi əmr etmişdimi? Məgər ki o zamanda bu bayram xristianlar arasında mövcud idi,və musəlmanlar bu işlə əmr olunmadı.Və biz musəlmanlara Natiq Rəhimov deyil,Əhzəb surəsinin 33-cu ayəsində bildirildiyi kimi numunə Muhamməd (s.a.v.)-dir.
Müəllif: Elchin | 6 Dekabr, 2015  08:54
# Ответить
+3


]]>]]>

Yeni il,novruz,ad gunleri qeyd etmek ele kufrdu.ne peygember s.a.v. ne deki sehabeler bele bayramlari qeyd etmeyibler.siz ozuvuzden burda fokuslar cixarmayin..burda pis ne var deye deye oz nefsivize gore daniwirsiz.pis wey yoxdusa onda sehabeler de qeyd ederdiler.savadsiz haqqi batilden ayira bilmeyen insanlarsiz.Allah hidayet versin.
Müəllif: Salam | 9 İyul, 2017  11:34
# Ответить
-4


]]>]]>

Yeni il,novruz,ad gunleri qeyd etmeyi kufr adlandiranlar umumiyyetle kufr ne oldugun bilmeyen avamlardir.Peygember.s.e.a.s. hech vaxt bunlarin haram oldugun demeyib,vahabi Peygemberden chox bilir? Dini din aliminden oyrenmek,Qurani tefsirle oxumaq lazimdir,yoxsa her kes oz aglindan halal,haram fetvasi verse Islamdan hech ne qalmaz. Peygemberin s.e.a.s qadagan etmediyin kimse haram ede bilmez.
Müəllif: Orxan | 21 Dekabr, 2017  15:07
# Ответить
-1


]]>]]>

Yeni ili ve Novruzu qeyd etmek gunah deyil.Bura Azerbaycanda basqa islam olkeleriyle sehv salmayib.Novruz bizim milli bayramimizdi.Yemi il ise dininden asili olmayaraq 90 faiz dunya olkeleri qeyd edir bizde onlarin icinde
Müəllif: Khan | 31 Dekabr, 2017  12:50
# Ответить
+2


]]>]]>

İslamda bayramların hökmü İslamda bayramların hökmü dinin bir hissəsini təşkil edir. Yəni bayram qeyd etməklə biz Uca Allaha ibadət edirik ki, bu da Allah-Təalanın bizə lütfüdür. Allahın Elçisi (Allahın ona salavat və salamı olsun) Mədinəyə hicrət edəndə, bir qrup insanın oynayıb-əyləndikləri iki günün olduğunu eşidir. “Bu günlər nədir?” – deyə soruşduqda, onlar: “Cahiliyyət dövründə bu iki gündə oynayardıq” – dedilər. Peyğəmbərimiz isə (Allahın ona salavat və salamı olsun) buyurdu: “…Allah sizə bunlardan daha xeyirli olanlarını verdi: Qurban və Ramazan bayramları”. (Əbu Davud. Hədis səhihdir). Bu hədis ona dəlalət edir ki, Uca Allah istər dünyəvi və ya dini, müsəlmanların əvvəllər qeyd etdikləri bütün bayramları hədisdə adı çəkilən 2 bayramla əvəzləyib.
Müəllif: Khan | 31 Dekabr, 2017  14:21
# Ответить
+3


]]>]]>

“Yeni il”in müsəlmanlar üçün təhlükəsi təkcə bundan ibarət deyil. “Yeni il” İslamın əsasına – tövhidə ziddir. Uşaqlarımıza guya hər bir arzuları yerinə yetirən “hər şeyi eşidən” və “hər şeyə qadir olan” Şaxta baba təlqin edilir və onlar öz istəkləri ilə Şaxta babaya yönəlirlər, halbuki, bu şəkildə yalnız Allaha yönəlmək olar. Uca Allah buyurur: “Allahdan başqa heç kəsə dua etməyin!” (Qurani-Kərim, “Cin” surəsi, 18-ci ayə). Uca Allah, həmçinin, buyurur: “Allahdan başqa tapındıqları (bütlər) heç bir şey yarada bilməzlər. (Çünki) onlar özləri yaradılmışlar. (Onlar) ölüdürlər – diri deyillər və nə vaxt dirildiləcəklərini də bilmirlər”. (Qurani-Kərim, “Nəhl” surəsi, 20,21-ci ayələr).
Müəllif: Khan | 31 Dekabr, 2017  14:23
# Ответить
+1


]]>]]>

Şaxta babaya yönəlməkdən əlavə, bütpərəstlərin bütlərini bəzədiyi kimi küknar ağacları bəzədilir, daha sonra Kəbənin ətrafında təvaf edirmiş kimi nəğmə oxuyaraq küknar ağacının ətrafında dövrə vurulur. Bütün bunlardan əlavə, insanlar “yeni il”in sehrinə inanırlar – guya bütün köhnə və pis şeylər köhnə illə geridə qalacaq və yeni ildə bütün arzular çin olacaq. Yuxarıda sadalanan bütün əməllər İslam nöqteyi-nəzərindən qadağandır. Bundan əlavə, bu əməllərdən bəziləri özündə ən böyük günahı – Allahın bağışlamadığı şirki ehtiva edir. Uca Allah buyurur: “Şübhəsiz ki, Allah Ona şərik qoşmağı bağışlamayacaq. Bundan başqa olan (günahları )isə istədiyi kimsəyə bağışlayacaqdır”. (Qurani-Kərim, “Nisa” surəsi, 116-cı ayə).
Adınız |
Mətn
Captcha
|
Captcha
© 2022 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com