Xoşbəxt olmaq istəyən qadınlara tövsiyələr

Öz ərinə itaət etməyi əskiklik kimi yox, Allahın əmrinə və Peyğəmbərin vəsiyyətinə əməl etmək kimi qəbul et.

Ev işlərini görməkdən, uşaqlarını bəsləməkdən, ərinə qulluq etməkdən zövq almağa çalış. Bunlar sənin əməl dəftərinə ibadət kimi yazılır.

Evin səliqə-səhmanına həmişə diqqət yetir. Əgər belə etməsən, ərini evdən uzaqlaşdırmış və öz əlinlə başqa evlərə göndərmiş olarsan.

Ərinin gözündə yaraşıqlı görünməyə çalış. Bəzək-düzəyə aludəlik kişi üçün nə qədər ayıb sayılırsa, qadın üçün bir o qədər üstünlük hesab edilir.

Hər gün ərindən ötrü təzə gəlin kimi bəzən. Elə et ki, birgə keçirdiyiniz hər gün ərin üçün ilk toy gününüz kimi həyəcanlı, məhəbbətli, xoş olsun.

Əgər ailəni dolandırmaq üçün ərinin var gücü ilə çalışdığını görürsənsə, onun evə gətirdiyi qazanca qane ol, bacarmadığı işləri ondan tələb etmə. Həddən artıq tələbkarlıq ya ərin üçün qəlb qırıqlığı ilə, ya da haram yola qurşanmaqla nəticələnə bilər ki, bunların hər ikisinin sonu fəlakətdir.

Əgər sənin də işləməyinə və pul qazanmağına ehtiyac varsa, bunu ailə daxilindəki vəzifələrinə xələl gətirmədən et. Əmək fəaliyyətində ərinin haqqını qoru, onu narazı salacaq, başqalarının yanında gözükölgəli edəcək hərəkətlərə yol vermə.

Əgər evə pul gətirirsənsə, bunu heç zaman ərinin başına qaxanc etmə, onun kişilik heysiyyatına hörmət qoy. Bil ki, əgər evə milyonlarla qazanc gətirsən belə, əgər bunu ərinin üzünə vursan, bağışlanmaz günah etmiş olarsan. O zaman qazandığın pulu son qəpiyinə kimi sədəqə versən də, ərindən halallıq almayınca Allah səni bağışlamaz.

Ərin işdən evə gələndə onun yorğun üzünə baxıb əhval-ruhiyyəsini anlamağa çalış. Xoş sima ilə, nəvazişlə yorğunluğunu ona unutdur. Əgər işi barədə sənə danışırsa, bunu sənə qarşı etimad və sirdaşlıq kimi qəbul et. Hətta söhbət sənin üçün maraqlı olmasa belə, dinlə. Əgər yoldaşın öz işi barədə danışmaq istəmirsə, inadkarlıq göstərmə, təkid etmə.

Ərini hər səhər işə yola salmaq üçün oyanmağa çalış. Bu hərəkətlə ona qarşı diqqətini ən bariz şəkildə göstərmiş olarsan. Onu qapıya kimi ötür, xoş sözlə, dua ilə yola sal.

Evin əmlakına məsuliyyətlə yanaş. Bunları almaq üçün nə qədər zəhmətlər çəkildiyini unutma.

Əgər həyat yoldaşın evə bağlanmırsa, dostları ilə yeyib-içməyi evdə şam etməkdən üstün tutursa, əvvəlcə bunun səbəbini aydınlaşdır, sonra həmin səbəbi aradan qaldırmağa giriş. Günahı ərinin boynuna yıxmağa tələsmə. Yaxşı düşün: bəlkə bu vəziyyətin yaranmasında sənin də təqsirin var?

Uşaqları ataya hörmət hissi ilə böyüt. Bunun ən yaxşı yolu budur ki, özün ərinlə ehtiramla davranasan, uşaqlar da sənə baxıb ataya ehtiram göstərəcəklər.

Ərinin qohumlarına sayğı göstər; xüsusilə, qayınana və qayınatana hörmət et. Elə etmə ki, ərin öz ata-anasının yanında sənə görə xəcalət çəksin.

Evdə inciklik olanda bunu aradan qaldırmaq üçün sən də təşəbbüs göstər. Səhv səndə olubsa, üzr istəməyi əskiklik bilmə. Səhv ərində olubsa, o səndən üzr istəyəndə inadkarlıq etmə, tez barış. Barışıq üçün ərin iki addım atırsa, heç olmazsa sən də bir addım at.

Evin sirrini kənara çıxarma. Elə məsələlər var ki, onları hamıdan, hətta öz ata-anandan da gizli tutmağın məsləhətdir. Öz ərindən kiməsə şikayət etmək istəyəndə yüz ölçüb bir biç. Yalnız son dərəcə zərurət yaranarsa, şikayət etdiyin adamın həqiqətən vəziyyəti düzəldə biləcəyinə inanırsansa, bunu et.

Ərin üçün yalnız bir həyat yoldaşı yox, həm də dost, sirdaş, sevgili ol. Bir qadın kimi ondan heç nəyi əsirgəmə. Unutma: bəzi kişilər öz həyat yoldaşlarında tapmadıqlarını axtarmaq üçün başqa qadınlara üz tutmağa məcbur olurlar.

Namazına, orucuna, ibadətinə diqqətlə yanaş. Dualarında ərini və balalarını yad et. Əgər ərin ibadət əhli deyilsə, gözəl yollarla, məqbul üsullarla onu da haqqa gətirməyə çalış. Nümunəvi müsəlman simasını öz şəxsində ona göstər. Ruhdan düşmə, ümidini itirmə.

Özünü döyüş səngərində düşmənlə mübarizə aparan, əlində silah Vətəni qoruyan əsgər kimi şərəfli və məsuliyyətli bil. Sənin Vətənin – evindir; səngərin – ailəndir; silahın – iman, əxlaq və gözəllikdir; düşmənin – səni öz qadınlıq vəzifələrinin icrasından və ərinə itaətdən uzaq salmaq istəyən şeytandır.

Müəllif: İslam.az


Yerləşdirilib:9 Fevral, 2013, Baxılıb:33221, Çap
 

Son şərhlər : 15
Müəllif: Asya | 9 Fevral, 2013  13:01
# Ответить
+14


]]>]]>

Ərin evə gətirdiyi qazanc daha bərəkətli olur deyirlər. Qadın ərindən çox qazansa belə bunu qaxınc etməli deyil. Ailə birgə alınmış qərara əsasən qurulur. Hər kəs onu saxlamaq üçün çalıçmalıdır. Kimsə də mən daha çox güc sərf edirəm deməsin, hər şeyin Allahin yaninda əvəzi var. Əlbəttə ki, söhbət normal ailələrdən gedir.
Müəllif: aksa | 9 Fevral, 2013  22:34
# Ответить
+6


]]>]]>

eger er qadinina hormet qoymursa onu tehqir edib alcaldirsa onda nece?
Müəllif: Qalib | 10 Fevral, 2013  13:12
# Ответить
+7


]]>]]>

o evdeki qadin pulu kishiden cox getirdi o ailede hemishe problem olacaq, Allah hec bir kishiye bunu gostermesin ! Allah haminin ruzisini versin , mexsusen kishilerin ve eynilede kishide azmasin edaletli olsun !
Müəllif: Inoora | 11 Fevral, 2013  06:38
# Ответить
+6


]]>]]>

Allah haminin ureyince versin!!!
Müəllif: zehra | 16 Fevral, 2013  20:34
# Ответить
+4


]]>]]>

her bir qadin isteyir ki evinde mehribanciliq olsun. cox sey kisiden aslidi kisi xanimina basqalarinin yaninda hormet qoymalidi. Allah hamiya gozel aile nesib etsin insaallah
Müəllif: Nermin | 18 Fevral, 2013  11:23
# Ответить
+7


]]>]]>

inshallah men evlenende calisacagam yaxsi heyat yoldasi olum. cunu cox isteyirem. ami.
Müəllif: ruqeyye | 18 Fevral, 2013  19:51
# Ответить
+2


]]>]]>

allah razi olsun
Müəllif: Ruqeyye | 18 Fevral, 2013  19:59
# Ответить
+4


]]>]]>

inseallah mende calisacagam ki bu tovsiyelere emel edim.burda zehmeti olanlara oz minnetdarliqimi bildirirem
Müəllif: Bende | 25 Fevral, 2013  18:00
# Ответить
+4


]]>]]>

Gozel yaziya gore tesekkurler...Haminin bele meqaleleri oxuyub,aile haqqinda mueyyen dusuncelere malik olmasi lazimdir...Aileli biri olaraq deye bilerem ki,ailenin mohkem olmasi ucun qadindan cox sey asilidir..Yoldasimi hami cetin xasiyyetli biri kimi tanitmisdi mene,amma evlendikden sonra nece gozel insan oldugunu anladim..Kimese cetin gorunen xasiyyetlerine men cetin gozle baxmadim..Amma sebrim neticesinde butun bunlar kecdi getdi..Sukur Allahima,,bos seylere gore evde soz sohbet salmadim..Ve bugun cox xosbextem,Rebbime min sukur ki,bele insan cixardib qarsima.Allahdan her kese gozel aile dileyirem.Ailenizin gozel,numunevi olmasi ucun bir az da ozunuz sey gosterin.Allah hamimizin yardimcisi olsun.
Müəllif: sevinc | 23 Yanvar, 2014  12:00
# Ответить
+2


]]>]]>

allah hamıya yaxşı ər qismət eləsin.men nişanlıyam bir bir imizi çox sevirik bu yaxınlarda evlənib xoşbəxt olarıq inşaallah.mende bu məslətlərden çox faydalandım tşk yazana
Müəllif: ramile | 3 Dekabr, 2014  13:55
# Ответить
+2


]]>]]>

allah hamimiza gomek olsun amin inwallah
Müəllif: Xanim | 16 May, 2015  20:53
# Ответить
+3


]]>]]>

eger ilk toy gunu heyacan sevgi olmayibsa onda nece.. Eger er iwlemeye ceht gostermir tenbellim edirse her iwi isteyir hazir olsun ona ,onda nece, uwaqlarin terbiyesi ile arvad demese hec vaxt maraqlnmirsa onda nece,.. Qurban olum Allahima Wukurler olsun..qadin dozur. kimi ovladlarina gore kimi etrafda deyilenlere gore kimi valideynlerine gore.
Müəllif: Sevgi | 5 İyun, 2015  13:34
# Ответить
0


]]>]]>

Yoldaşımla heç bir problemimiz yoxdu yalnız qaynanamla heç yola getmirik .neynedimse meni qebul elemek istemir halbuki qapımıza elçi gelen o meni evine gelin getiren o.niye qaynanalar oğulların qısqanır?axı ne olur olsun kim olur olssun ananın yerin vere bilmez.bu qısqanclıq niye?indi qaynanama göre yoldaşımla ayrı yaşayırıq seve seve.imkansızlıq ucbatından evde tuta bilmirik .indi oğlumla anamın evinde yaşayıram .bes men ne edim?
Müəllif: ruqiyye | 6 Oktyabr, 2015  10:13
# Ответить
0


]]>]]>

Men neyniremse eaeblerime hakim ola bilmirem.dava mubahise edirem her seye gore meni 14aydi evliyem gezmeye tek qalmaga meyl atmir mense gezmeyi erimle tek qalmagi cox sevirem ama aile yanindayiq bezekli olmagimi isteyir ama ailesine gore bezene vilmirem neyniyim.
Müəllif: roya | 11 May, 2018  01:13
# Ответить
0


]]>]]>

men aylemi cox sevrem ama o meni insan yerne qoymr ne biljm evel deli km seven insan nye ble edr axi destek olun mene uc ildi aylelyem iki evladm var menimde xos sozlere ehdyacim var hele gencem 23 yawndayam
Adınız |
Mətn
Captcha
|
Captcha
© 2020 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com