İslam ictimai dindir. Bu din insanın fərdi müstəvidə inkişafına təkan verməklə yanaşı, həm də insanların qarşılıqlı münasibətlərini möhkəmləndirmək hesabına inam və etibar üzərində qurulmuş sağlam, möhkəm cəmiyyət yaratmağa çağırır.
İslam dini elm öyrənmək məsələsinə xüsusi diqqətlə yanaşır. Allah-Taala Qurani-Kərimdə bilikli insanları rəğbətlə vəsf edir: "De: “Heç bilənlərlə bilməyənlər (alimlə cahil) eyni ola bilərmi?! (Allahın ayələrindən, dəlillərindən) yalnız ağıl sahibləri ibrət alar!” (Zumər, 9).
İmam Hüseynin (ə) şəhadətindən sonra zahirdə Bəni-Üməyyənin hakimiyyəti qarşısında hər hansı ciddi maneə qalmamışdı. Yezidin bacarıqsızlığı Hicazda Abdullah ibn Zübeyrə hökumətə qarşı mübarizəyə qalxmaq cürətini verdi.
Şəriətə görə, namaz və oruc kimi ibadət əməllərini yerinə yetirmək, Qurani-kərimin yazısına toxunmaq üçün insan pak olmalıdır. Yəni bunun üçün ya dəstəmaz, ya da qüsl almaq lazımdır (yerindən asılı olaraq). Amma bəzən su ilə paklanmaq mümkün olmur.